Futbol üzrə Türkmənistan çempionatı bərpa olunub. 
 
Matc.az xəbər verir ki, 4-cü turun açılış matçında "Altın-Asır" – "Kopetdağ" görüşü baş tutub. 
 
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu, dünyada koronavirus pandemiyasına görə dayandırılandan sonra bərpa olunan ilk ölkə çempionatıdı. Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı.
 
Türkmənistanda bu gün gənclərdən ibarət ölkə çempionatında da bir oyun keçirilib.
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest