PSJ-nin hücumçuları Neymar və Kilian Mbappenin zədəsi sağalıb. Matç.az-ın xarici mətbuata istinadən məlumatına görə, hər iki futbolçu bu gündən kollektivə qoşulub.

Milli komandalarının heyətində zədələndikləri üçün "Tuluza" ilə (1:0) son çempionat görüşünü buraxan Neymarla Mbappe komanda ilə məşqdə iştirak edib. Həkimlər hər iki oyunçunun çempionlar Liqasının qrup mərhələsində "Liverpul"la V tur matçına tam hazır olacağını açıqlayıb.

Qeyd edək ki, PSJ – "Liverpul" oyunu noyabrın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest