"Sportinq" (Xixon) ikinci evimdir. Orada özümü heç yerdə olmadığı qədər rahat hiss etmişəm. O mühitin istiliyi ilə başqa bir meydanda hərəkət etdiyimi xatırlamıram".
 
Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madeyra "Elcomercio" nəşrinə geniş müsahibəsində deyib.
 
35 yaşlı yarımmüdafiəçi İspaniya klubu üçün darıxdığını bildirib: "Xixonda qalmaq istərdim, amma İngiltərəyə transferim hər kəs üçün yaxşı oldu. "Sportinq"in uzun illərdən sonra yenidən əsas liqada çıxış etməsini istərdim. Heç vaxt bu qədər dəyərli futbolçu olduğumu hiss etməmişəm. "Sportinq" "Birmingem"dən ödəyə bilməyəcəyi məbləğ istədi, ancaq İngiltərə klubunun yeni sahibi gəldi və həmin pulu verdi. Karyeramın ən yaxşı dönəmi 2008-ci il olub. İnanılmaz işlər gördük, "Real"ı belə məğlub etdik.
 
Yarımmüdafiəçi Azərbaycan millisindən təklif alıb-almadığına da münasibət bildirib:
 
"Bu cür xəbərləri mətbuatdan oxuyuram, ancaq doğru deyil. Heç vaxt millidən təklifi olmayıb. "Sportinq"ə qayıtmaq ehtimalım yoxdur, amma istərdim. Peşəkar karyerama bu klubda başlamışam. Oynadığım klublara görə peşman deyiləm, hamısına minnətdaram".  
 
Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. O, 2004 - 2010-cu illərdə "Sportinq", 2010/2011 mövsümündə isə "Birmingem"də çıxış edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest