"Dərhal karantinə alındı. Birinci test mənfi nəticə verdi. Sonrakı isə müsbət çıxdı. İndi vəziyyəti yaxşıdır. Sadəcə, bir az təngənəfəsliyi var"

"İsa 7 gündür xəstəxanada müalicə alır. Səhhəti çox yaxşıdır. özünü normal hiss edir".
 
Matc.az xəbər verir ki, bu fikirləri Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirusa yoluxması barədə danışarkən deyib.
 
Qurum rəsmisi bildirib ki, ötən gün gənc referidən virusla bağlı növbəti analiz götürülüb: "O, xəstəxanadan çıxarılması üçün müayinədən keçirildi. Amma dünən bazar günü olduğundan məlumat verilmədi. Xəbər gözləyirik, hər şey qaydasında olsa, evə buraxılacaq".Onun sözlərinə görə, İ.Məmmədov nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya müraciət edib: "Dərhal karantinə alındı. Birinci test mənfi nəticə verdi. Sonrakı isə müsbət çıxdı. İndi vəziyyəti yaxşıdır. Sadəcə, bir az təngənəfəsliyi var".
 
T.Tuncer azərbaycanlı hakimin virusa hansı şəraitdən yoluxmasından xəbərsiz olduğunu söyləyib: "İsaya infeksiyanın kimdən keçdiyini bilmirik. Son günlər onunla əlaqədə olan insanların karantinə alınıb-alınmamasından da xəbərim yoxdur". 
 
TFFHGD sədri İ.Məmmədovun hakimlik bacarığından da söz açıb: "İsanın ailəsi Azərbaycanda yaşayır. özü isə burada tələbədir. 2 ildir hakimlik edir. Ondan çox razıyıq. Potensiallı, ümid vəd edən gəncdir. ümid edirəm ki, onu Superliqanın oyunlarında da görə biləcəyik". (report)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest