"Real" yarımmüdafiəçisi İskonu satmağı planlaşdırır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" milli üzvü üçün təklif gözləyir.

26 yaşlı oyunçuya görə artıq 4 klubla danışıq uğursuz alınıb. Belə ki, "Arsenal", "Napoli", "Milan" və "Yuventus" orta sahə oyunçusu üçün qarşı tərəfə 50 milyon avro təklif edib. Lakin ispanların cavabı "yox" olub. çünki "Real" futbolçusunu 70 milyon avrodan ucuz qiymətə satmağı düşünmür. Yaxın günlərdə isə "Mançester Siti"nin "Real"ın qapısını döyməsi gözlənilir.

Qeyd edək ki, İsko bu mövsüm 9 oyunda iştirak edib, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest