İngiltərənin "Arsenal" klubu futbolçularının məvaciblərini azaldıb. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, "Arsenal" rəhbərliyinin futbolçularla və məşqçilərlə onların aylıq məvaciblərinin 12,5 faiz azaldılması barədə razılığa gəldiyi bildirilir. Endirim bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək.
 
Klub onu da bildirib ki, qarşıdakı bir il ərzində "Arsenal"ın maliyyə hədəfləri ehtimal olunandan yüksək olsa, həm futbolçuların, həm də məşqçilərin məvacibindən tutulan hissə onlara geri qaytarılacaq.
 
Qeyd edək ki, "Arsenal"da daha öncə klub rəhbərliyində çalışanların maaşlarında endirim edildiyi açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest