Məlumata görə, portuqaliyalı mütəxəssis 28 yaşlı forvardın alınması üçün rəhbərliyə müraciət edib. Artıq futbolçunun agenti ilə danışıqlara başlandığı bildirilir

"Vulverhempton"nun hücumçusu Raul Ximenes "Tottenhem"ə keçə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Joze Mourinyo oyunçunu heyətində görmək istəyir.
 
Məlumata görə, portuqaliyalı mütəxəssis 28 yaşlı forvardın alınması üçün rəhbərliyə müraciət edib. Artıq futbolçunun agenti ilə danışıqlara başlandığı bildirilir.  Ximenes də "Tottenhem"ə keçməyə müsbət yanaşır. Meksikalı oyunçunun Mourinyo ilə çalışmaq istədiyi qeyd edilib. 
 
O, cari mövsümdə komandası ilə 28 oyun  keçirib və 13 qol vurub.
 
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Vulverhepmton"da çıxış edir. Yığmamızın üzvü hələlik əsas heyətdə debüt edə bilməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest