"Milan"ın yarımmüdafiəçisi Hakan çalhanoğlu komandadan ayrılmaq istəmir. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı futbolçunun müqaviləsi 2021-ci ildə sona çatsa da, oyunçu"Milan"da qalmaq istəyir.  Klub rəhbərliyi Türkiyə millisinin üzvünə yeni sözləşmə təklif etsə, Hakan qəbul edəcək. İtaliya mətbuatı daha öncə "Napoli"nin onunla maraqlandığını yazmışdı.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2017-cildən "Milan"da çıxış edir. O, bu günə qədər komandası ilə keçiridiyi 87 oyunda 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest