Məlumata görə, UEFA çempinotların mayda başlayıb iyulun sonunda bitməsini planlaşdırır. Avrokubok görüşləri yalnız bundan sonra - avqustda başlaya bilər

Bu gün UEFA 55 ölkənin üzvünün iştirakı ilə videokonfrans keçirib. Matc.az xəbər verir ki, iclasda milli çempionatların və yığma komandaların çıxış edəcəyi turnirlərin gələcəyi müzakirə olunub.

Məlumata görə, UEFA çempionatların mayda başlayıb iyuluda bitməsini planlaşdırır. Avrokubok görüşləri yalnız bundan sonra – avqustda başlaya bilər. Avrokubokların yeni mövsümü isə oktyabrda keçirilməsi ehtimal edilir. Müzakirədə milli komandaların çıxış etdiyi turnirlərin ən tez payızda start götürəcəyi bildirilir.

Qeyd edilib ki, bunlar qrumun qəbul etdiyi yekun qərarlar deyil. Aprelin 23-də UEFA daha bir toplantı keçirəcək. Məhz həmin iclasda bütün yarışların tamamlanmasının mümkün olub-olmayacağına qərar veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest