Belçikanın "Lokeren" klubu müflis elan olunub.
 
Matc.az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" nəşri məlumat yayıb. Xəbərdə, 5 milyon avro borcu olan klubun müflisləşdiyi bildirilib.
 
"Lokeren" bir müddətdi ki, futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilmir.
 
İki dəfə ölkə kubokunu qazanan "Lokeren", bu mövsüm Belçikanın ikinci liqasında – Pro Liqada mübarizə aparırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest