19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatmasının səbətləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, seçmə mərhələni uğurla adlayan Azərbaycan millisinin də yer aldığı səbət bəlli olub.

Gürcüstanda keçirilən 1-ci qrupda ikinci yeri tutmaqla mərhələ keçən Vüqar Məmmədin yetirmələri elit-raundun püşkatmasında C səbətində yer alacaq.

Dekabrın 6-da İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdə 28 komanda 7 qrupa bölünəcək.

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, çexiya, Macarıstan, Hollandiya

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Mayın 19-dək başa çatacaq raundda qrup qalibi olanlar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest