Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya Bundesliqası mayın 9-da bərpa oluna bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
 
Xəbərdə, əsas və 2-ci Bundesliqanın mayın 9-dan başlayacağı bildirilib. Plana görə, oyunlar azarkeşsiz keçiriləcək və stadiona 239 nəfərin girişinə icazə veriləcək.
 
Bundesliqada mövsümün bitməsinə 9 tur qalıb. Hazırda "Bavariya" 55 xalla liderdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest