İtaliyanın "Fiorentina" klubunun sahibi Rokko Kommisso koronavirusla mübarizəyə dəstək olub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kommisso ailəsi, koronavirusla mübarizə fondlarına 250 min avro ianə edib.
 
Məbləğin yarısı "Carrigo", yarısı da "Santa Maria Nuova Onlus" fonduna bağışlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest