İspaniyanın "Real" klubu ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərinə start verib.
 
Matc.az xəbər verir ki, məhz bu səbəbdən Madrid təmsilçisi koronavirus səbəbiylə dayandırırılan La Liqada mövsüm bərpa olunsa, ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirməyi planlaşdırır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Madrid təmsilçisi mövsümün qalan matçlarının azarkeşsiz keçirilməsinə qərar veriləcəyi təqdirdə rəqiblərini əvəzedici komandaya məxsus və 6 minlik azarkeş tutumu olan "Alfredo di Stefano" arenasında qəbul etmək niyyətindədi. Artıq "kral klubu" bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət edib. Federasiyanın klubun müraciətinə müsbət cavab verdiyi bildirilir.
 
Qeyd edək ki, "kral klubu"nun B komandası olan "Kastilya"da ev oyunlarını bu stadionda keçirir. 27 turdan sonra 56 xal toplayan "Real"ın yerdə qalan 11 oyunundan 6-sı evdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest