Dekabrın 6-da 19 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılacaq. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Şimali İrlandiyanın ev sahibliyi edəcəyi yarışa vəsiqələr uğrunda mübarizəyə qoşulacaq 53 komandadam 52-si püşkdə 13 qrupa bölünəcək. Portuqaliya isə bu raunddan azaddı.

Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq.

Seçmə mərhələnin 52 komandası əmsallarına görə səbətlərə bölünüb. 4,000 xalla Avropada 37-ci olan Azərbaycan millisi C səbətində yer alıb.

A səbəti: Fransa, İngiltərə, İtaliya, Hollandiya, Almaniya, Ukrayna, Avstriya, İspaniya, çexiya, Yunanıstan, Türkiyə, Rusiya, Xorvatiya

B səbəti: Slovakiya, İsveç, Serbiya, Belçika, Norveç, Polşa, Danimarka, İrlandiya, Şotlandiya, Gürcüstan, Bolqarıstan, Bosniya və Herseqovina, İsrail

C səbəti: Macarıstan, Finlandiya, İsveçrə, Rumıniya, Monteneqro, Sloveniya, Kipr, Makedoniya, Latviya, Azərbaycan, Uels, Belarus, İslandiya

D səbəti: Litva, Kosovo, Estoniya, Moldova, Lüksemburq, Albaniya, Malta, Ermənistan, Andorra, Qazaxıstan, Farer adaları, Cəbəllütariq, San-Marino.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest