Məlumata görə, hələlik AFFA ilə Prosineçki arasında heç bir danışıq olmayıb. Çünki xorvatiyalı çalışdırıcının mövsüm sonuna qədər "Kayserispor"da qalacağı dəqiqdir

AFFA Robert Prosineçki üçün Süper Liqanın bitməsini gözləyir. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Kayserispor"dan ayrılacaq.

Məlumata görə, hələlik AFFA ilə Prosineçki arasında heç bir danışıq olmayıb. çünki xorvatiyalı çalışdırıcının mövsüm sonuna qədər "Kayserispor"da qalacağı dəqiqdir. Bu səbəbdən də federasiya rəhbərliyi indidən Prosineçki ilə təmasa keçməyi uyğun saymır.

Ancaq xəbərdə bildirilir ki, 51 yaşlı mütəxəssisin "Kayserispor"da qalma şansı azdır. Onun Süper Liqanın bitməsinin ardından klubdan ayrılacağı vurğulanıb. Məhz bundan sonra AFFA ilə Prosineçki arasında danışıqlar başlayacaq. Xorvatiyalının Bakıda işləməyə müsbət yanaşdığı da qeyd olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest