"Vest Hem"in hücumçusu Marko Arnautoviç gələn yay klubunu dəyişə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" ulduz futbolçuya "elçi düşüb".

"çelsi" və "Everton"dan sonra Avstriya millisinin üzvünü heyətinə qatmaq niyyətinə düşən "mankunianlar" bu transferi mövsümün sonunda reallaşdırmaq fikrindədi. Digər tərəfdən artıq 30 yaşı olduğu üçün "qırmızı şeytanlar" onun keçidi üçün külli miqdarda pul xərcləmək istəmir. Halbuki Arnautoviçin "Vest Hem"lə müqavilə müddətinin sonuna hələ 3 il qalıb.

Qeyd edək ki, Marko Arnautoviç bu mövsüm Premyer Liqada meydana çıxdığı 11 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest