"Hazırda Premyer Liqada komanda sayının artırılıb-artırılmayacağı müzakirə olunmur. Ona görə də bu barədə dəqiq heç nə deyə bilmərəm"

Bu sözləri matc.az saytına PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. O, məsələ ilə bağlı yekun qərarın mövsüm sonu veriləcəyini bildirib:

"çempionatda komanda sayının artırılıb-artırılmaması mövsüm sonu bəlli olacaq. Bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi Komitəsi verəcək. Sonra isə bizə hansı komandanın Premyer Liqada çıxış edəcəyi bildiriləcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest