Premyer Liqa klubları mayın 9-da məşqlərə bərpa edəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Kristal Pelas", "Börnli", "Bornmut " və "Vest Xem" hazırlıqlara başlayacaqlar.

Məlumata görə, bu komandalarla yanaşı, digər klublar da məşqləri bərpa etməyi düşünür. Ancaq onlar hazırlıqlar barəsində yekun qərarı mayın 7-də keçiriləcək iclasdan sonra verəcəklər.

Bundan əlavə, oyunçuların iyunda mövsümün bərpa olunacağına ümid etdiyi bildirilir. Ancaq matçların tamaşaçısız keçiriləcəyi qeyd edilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbindən dayandırılıb. Hazırda turnir cədvəlinə "Liverpul" başçılıq edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest