Futbol üzrə İsveç çempionatında yeni mövsümün başlanacağı vaxt məlum olub.
 
Matc.az xəbər verir ki, çempionatın iyunun 14-də başlaması planlaşdırılır. Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
 
çempionat rəhbərliyinin əsas və ikinci liqa klublarının təmsilçiləri ilə videokonfrans keçirdiyi və bütün klubların yeni tarixlə razılaşdıqları bildirilib. Azarkeşlərin oyunları stadiondan izləməsinə icazə veriləcəyi gözlənilir.
 
çempionatın başlanması koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest