"Yunanıstanda çıxış edərkən statistikam pis deyildi. Orada bir neçə klubdan təklif aldım. Amma təklif edilən maliyyə şərtləri məni qane etmədi"

"Bakı" klubunun sabiq hücumçusu Maris Verpakovskis Azərbaycandakı karyerası barədə danışıb. Matc.az xəbər verir ki, Latviya millisinin keçmiş üzvü ölkəmizdə futboldan həzz almadığını bildirib:

 "Yunanıstanda çıxış edərkən statistikam pis deyildi. Orada bir neçə klubdan təklif aldım. Amma təklif edilən maliyyə şərtləri məni qane etmədi. Həmin vaxt yaşım artıq 30-u keşmişdi. Gələcəyim və ailəm üçün daha sərfəli təkliflər gözləyirdim.  Azərbacandan yunan klubları ilə müqayisədə 4-5 dəfə artıq maaş təklif edildi. O vaxt "Bakı"nın baş məşqçisi Aleksandr Starkov (Latviya millisinin o vaxtkı baş məşqçisi – red.) idi. Düzdür, işimi vicdanla görürdüm. Ancaq etiraf edim ki, futboldan həzz almırdım. Sözləşməm bitdikdən sonra isə Yunanıstana qayıtdım".

Qeyd edək ki, Verpakovskis Azərbaycana getməzdən əvvəl Yunanıstanın "Erqotelis" klubunda çıxış edib. O, 2011-12-ci illərdə "Bakı"nın formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest