İlin futbolçusu mükafatı 3 nəfərdən birinə veriləcək. Bunlar Antuan Qrizman ("Atletiko", Fransa), Kilian Mbappe (PSJ, Fransa) və Kriştianu Ronaldodu ("Yuventus", Portuqaliya).

"Globe Soccer Awards" 2018-ci ilin ən yaxşılarına namizədləri açıqlayıb. Matç.az saytı xəbər verir ki, namizədlər 4 versiya üzrə müəyyənləşib.

İlin futbolçusu mükafatı 3 nəfərdən birinə veriləcək. Bunlar Antuan Qrizman ("Atletiko", Fransa), Kilian Mbappe (PSJ, Fransa) və Kriştianu Ronaldodu ("Yuventus", Portuqaliya).

Ən yaxşı məşqçi uğrunda 5 mütəxəssis - Massimiliano Alleqri ("Yuventus"), Yurgen Klopp ("Liverpul"), Dieqo Simeone ("Atletiko"), Didye Deşam (Fransa yığması) və Zinəddin Zidan ("Real") yarışacaq.

İlin klubu ya "Real", ya "Atletiko", ya da "Liverpul" seçiləcək. Həmçinin ilin meneceri adına da 3 nəfər namizəd göstərilib.

Qeyd edək ki, qaliblər yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək tədbirdə mükafatlandırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest