Bu həftə UEFA Gənclər Liqasında çempionlar yolunun II mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Matç.az saytı xəbər verir ki, U-19-lar arasında Azərbaycan çempionu "Qəbələ" növbəti sınağına sabah çıxacaq.

ölkə futbolu tarixinə bu turnirdə mərhələ keçən ilk komanda kimi düşən "qırmızı-qaralar" ciddi sınaq qarşısındadı. Emin İmaməliyevin yetirmələri Almaniya çempionu "Herta" ilə üz-üzə gələcək.

3 həftə əvvəl Qəbələdə keçirilən oyunda 1:3 hesabı ilə uduzan təmsilçimiz mərhələ keçmək üçün möcüzəyə imza atmalıdı. çünki turu keçmək üçün komandaya ən azı 3 qol və eyni zamanda minimum iki top fərqli qələbə lazımdı. 2:0 hesablı qələbə də "Qəbələ"nin işinə yaramayacaq. 3:1 hesabı isə görüşü əlavə vaxta daşıyacaq.

Berlinin bu nəticə ilə fəth olunması inandırıcı görünməsə də, mümkünsüz də deyil. Hər halda Azərbaycan çempionu turnirin pley-offuna yüksəlsə, tarixi nailiyyət olacaq. çünki indiyədək heç bir klubumuz bu raunda qədər irəliləməyib.

Mərhələ keçməsi çətin görünən "Qəbələ" futbolçuları üçün əlavə stimul da var. Belə ki, gənclərin yeganə klub miqyaslı qitə turniri seleksiyaçıların diqqət mərkəzindədi. Almaniya çempionu ilə görüş isə özünü göstərmək üçün əla imkandı.  Legioner həyatı yaşamaq perspektivi, skautların maraq dairəsinə düşmək üçün potensialını Berlində göstərmək önəmlidi.

Gənclər Liqası

çempionlar yolu

II mərhələ, cavab oyunu

28 noyabr

16:00. "Herta" (Almaniya) - "Qəbələ"

Hakimlər: Ferens Karako, Tibor çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)

Berlin. "Vurfplats" stadionu

İlk oyun – 3:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest