İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Dominik Matteo beyin xərçənginə qalib gəlib.
 
Matc.az xəbər verir ki, 45 yaşlı sabiq futbolçu, sosial şəbəkə hesabından etdiyi paylaşımda xəstəlikdən sağaldığını bildirib:
 
"çərşənbə günü mənə zəng gəldi, bunun üçün dua etmişdim. Beyin müayinəm hər şeyin təmiz olduğunu göstərib. Altı aylıq qorxu, ağrılı reabilitasiya və əməliyyatdan sonra artıq sağlamışam".
 
Matteo 1992-2000-ci illərdə "Liverpul"un şəfərini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest