Futbol üzrə Almaniya kubokunun final qarşılaşması təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.
 
Mayın 23-də keçirilməsi planlaşdırılan oyunun koronavirus pandemiyası səbəbiylə təxirə salındığı bildirilir. Final oyununun yeni tarixi açıqlanmayıb. Lakin matçın iyunun 30-dək keçirilməsinə ümid edilir.
 
Turnir pandemiya səbəbiylə yarımfinal mərhələsində dayandırılmışdı.
 
Almaniya kubokunda finala vəsiqə uğrunda "Bavariya" Frankfurt "Ayntraxt"ı ilə, "Bayer" də "Saarbrüken"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest