Almaniya nəhəngi "Bavariya"nın daha bir futbolçusu əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Filippe Koutinyonun sağ ayağında ağrılar olduğundan, klubun həkimləri cərrahi müdaxiləyə ehtiyac duyublar.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı futbolçunun əməliyyatı uğurlu alınıb. İki həftə sonra 27 yaşlı futbolçunun bərpa prosesinə start veriləcəyi qeyd olunub.
 
Koutinyo müqavilə ilə İspaniyanın "Barselona" klubuna məxsusdu. O, "Bavariya"da icarə əsasında çıxış edir.
 
Bir neçə gün öncə "Bavariya"nın digər futbolçusu Korentin Tolisso da əməliyyat olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest