Belçikanın "Ostende" klubu ABŞ şirkəti tərəfindən satın alınıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda "Ostende"nin "Pacific Media Group" (PMG) tərəfindən satın alındığı bəyan olunub.
 
Belçika mətbuatının yazdığına görə, sözügedən klubun ciddi borcları var. Bu üzdən ABŞ şirkəti "Ostende"yə 2,7 milyon avro ayırıb. Bir neçə gün öncə Belçika Futbol Federasiyası da bir neçə klubla yanaşı, "Ostende"nin də borcları səbəbindən növbəti mövsüm üçün peşəkar klub lisensiyası ala bilmədiyini və həvəskar liqada mübarizə aparacağını açıqlamışdı. Amma klubun yeni sahiblərinin həmin borcları bağlaması nəticəsində "Ostende"nin növbəti mövsümdən peşəkar liqalarda mübarizə aparması mümkün olacaq.
 
Qeyd edək ki, PMG İngiltərədə "Barnsli", İsveçrədə "Tyun" klublarının da hissələrini satın alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest