"Neftçi"nin bu mövsüm Topaz Premyer Liqasındakı uğurlu çıxışı İtaliya mətbuatının da diqqətini cəlb edib. Matç.az saytı xəbər verir ki, həmkarlarımız paytaxt klubunun çempionata başçılıq etməsini həmyerliləri Roberto Bordinlə əlaqələndirir.

İtalyanlar Bordinin "Şerif"lə Moldova çempionluğunu qeyd etdikdən sonra ikinci zəfərinə doğru irəlilədiyini vurğulayıblar: "Azərbaycan çempionatında 12 turdan sonra "Neftçi" turnir cədvəlinə başçılıq edir. Komanda "Səbail" üzərində qələbə ilə liderliyini bir qədər də möhkəmlətdi. "Neftçi"nin bu uğurunda Roberto Bordinin rolu danılmazdı. O, "Şerif"lə Moldova çempionu olduqdan sonra "Neftçi" ilə də ikinci möcüzəyə doğru addımlayır".

Qeyd edək ki, "Neftçi" hazırda ən yaxın izləyicisi "Qarabağ"ı 5 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest