Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matç.az saytı xəbər verir ki, I divizionun XI turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
"Qarabağ"ın ikinci komandasının 4 futbolçusu "Zaqatala" ilə oyunda sarı vərəqə aldığı üçün klub 80 manat cərimələnib. Bundan başqa, "Qarabağ-2"nin geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlanıb. Bu səbəbdən klub daha 240 manat cərimə olunub.
Həmçinin MOİK – "Neftçi-2" qarşılaşması başa çatdıqdan sonra klublar arasında qarşıdurma baş verdiyindən, hər iki tərəf 240 manat cərimələnib.