"Beşiktaş" Bolqarıstanın çSKA klubunun vingeri Edvin Qyasini transfer etməyə hazırlaşır.
 
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq qanalı futbolçu İstanbul klubuna keçəcək.
 
"Ghana Soccer" nəşri isə 28 yaşlı futbolçunun "ağ-qaralar"la 2 illik razılığa gəldiyini yazıb.
 
Qeyd edək ki, Qana millisinin üzvü 2018-ci ildə Norveçin "Olesund" klubundan çSKA-ya keçib. O, ötən il icarə əsasında MLS təmsilçisi "Dallas"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest