Belçika Futbol Federasiyası bu ölkənin çempionatı ilə bağlı yekun qərarını mayın 4-də açıqlayacaq.
 
Matc.az TMW-yə istinadən xəbər verir ki, həmin gün ölkə birinciliyində 2019/20 mövsümü ləğv oluna bilər.
 
Qonşu Niderlandda olduğu kimi, Belçikada da ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar sərt karantin qərarları qəbul edib. Bu üzdən milli çempionatın davam etdirilməsi mümkünsüz görünür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest