"Ozaman baş məşqçi Con Toşak idi və buna görə orada oynamağa dəyərdi"

"Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Alvaro Silva "Lavozdigital" nəşrinə açıqlama verib. Matc.az xəbər verir ki, o, Lənkəranda yaşamağın onun üçün çətin olduğunu bildirib:

"O zaman baş məşqçi Con Toşak idi və buna görə orada oynamağa dəyərdi. Ailəmlə bir il yarım oteldə qaldım. Lənkəran ən çətin yer idi. Mən başqa şəhərdə idim, o vaxt çox pul var idi.

36 yaşlı filippinli müdafiəçi hazırda Taylandın "Pathum Yunayted" klubunda çıxış edir.          

Qeyd edək ki, Alvaro Silva 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest