İspaniyanın "Eybar" komandasının son dönəmlərdəki uğursuz transferləri açıqlanıb. Matc.az "Mundo Deportivo"ya istandən xəbər verir ki, siyahıda 3 futbolçunun adı yer alıb.

Məlumata görə, millimizin üzvü Eddi İsrafilov da komandada gözləntiləri qarşıla bilməyənlər arasındadır. Onunla yanaşı, siyahıda İzet Hayroviç və Simone Verdinin də adı var. Xəbərdə bu transferlər səbəbindən "Eybar"ın maddi ziyana uğradığı da qeyd edilib.

Eddi həmin mövsüm komandada cəmi 6 oyun keçirmişdi. 27 yaşlı futbolçu bu görüşlərin yalnız birində meydana əsas heyətdə çıxıb.

Qeyd edək ki, millimizin üzvü 2015-ci ildə sözügedən klubun formasını geyinib. O, hazırda "Albasete"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest