Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Foneks Rizing" komandasının baş məşqçisi Rik Şans koronavirus pandemiyası səbəbindən yaranan fasilədən danışıb. Matc.az xəbər verir ki, klub saytına açıqlama verən amerikalı mütəxəssis oyunçuların hazır olmalarını bildirib:

"Tunelin sonunda işıq görünür. ümid edirəm ki, futbollar tez vaxta başlayacaq. Oyunçular peşəkardılar. Onlar daim hazır olmalıdırlar. Futbola başlamaq üçün çalışmaq lazımdır".

Qeyd edək ki, Amerikanın birinci liqasında (USL) çempionat ilk turdan sonra oyunlar dayandırılıb.        

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest