"Napoli" "Barselona"nın müdafiəçisi Samuel Umtitini almaqdan imtina edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb oyunçunun maliyyətinin yüksək olmasıdır.

Məlumata görə, "Barselona" Umiti üçün 50 milyon avro tələb edib. "Napoli" isə hazırkı vəziyyətdə bu rəqəmi ödəyə bilməyəcəyini bildirib. İtaliya klubu Umtitini icarəyə götürmək istəsə də, Kataloniya təmsilçisi buna razı olmayıb. Bu səbəbdən də "Napoli" transferdən vazgeçib.

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsüm "Basrelona" forması ilə 16 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest