"Liverpul"un yarımmüdafiəçisi Fabinyo yenidən Fransaya qayıda bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu PSJ-nin diqqət mərkəzindədi.

Bu yay "Monako"dan 50 milyon avroya transfer edilən 25 yaşlı dayaq yarımmüdafiəçisi əsas heyət üzünə həsrətdi. Hələ "Monako"da olarkən onunla maraqlanan PSJ futbolçunu qış fasiləsində heyətinə qatmaq niyyətindədi. "Qırmızılar" oyunçusunun mövsümün sonuna qədər icarəyə yollanmasına razılıq verə bilər.

Qeyd edək ki, Fabinyo bu mövsüm Premyer Liqada cəmi 5 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest