"Barselona"nın futbolçusu Usman Dembele karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" oyunçunun xidmətində maraqlıdır.

Bildirilir ki, Dembele "qırmızı şeytanlar"da çıxış edən həmyerlisi Antoni Marsiyaldan  Mançester şəhəri ilə bağlı məlumat alır. Onun Kataloniyanı tərk edəcəyi dəqiqdir. 22 yaşlı futbolçu karyerasını İngilərədə davam etdirməyə müsbət yanaşır.

Qeyd edək ki, Dembele 2019-20 mövsümündə "Barselona"da 9 oyun keçirib və 1 qol vurub. "Transfermarkt.com" portalı fransalı futbolçunun dəyərini 56 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest