Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İtaliya A Seriyası yenidən bərpa olunmağa hazırlaşır.
 
Matc.az xəbər verir ki, ölkə rəhbərliyi mayın 18-dən etibarən klublara ümumi məşqlərə başlamaq üçün icazə verəcək.
 
Lakin komandalar xüsusi protokol əsasında hazırlıq keçə biləcəklər. Artıq İtaliya Futbol Federasiyası həmin qaydaları klublara təqdim edib.
 
Qaydalara əsasən, ilk mərhələdə klublar iki həftəlik təlim-məşq toplanışına yığışacaqlar. Bu müddət ərzində bütün heyət xüsusi izolə olunacaq. Toplanışdan öncə futbolçular, məşqçilər, texniki heyət, hətta klubun həkimləri belə koronavirus testindən keçəcəklər. öz ölkələrinə yollanan legioner futbolçular isə İtaliyaya qayıtdıqdan sonra 14 gün karantində qalacaqlar. 
 
Martın 9-dan dayandırılan İtaliya A Seriyasında mövsümün iyunun ikinci yarısında bərpa olunması planlaşdırılır. Sona 12 tur qalmış "Yuventus" ən yaxın izləyicisi "Latsio"nu 1 xal qabaqlayaraq zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest