Ola bilsin ki, çox oynamaq imkanı qazanmayan futbolçular "Qarabağ"la görüşdə meydana çıxmışdılar".

"Həftənin dördüncü və bazar günü oyun keçirmək bizim üçün problem deyil. çünki biz həm çox matçda, həm də çox turnirdə iştirak etmək istəyirik". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində böyükhesablı qələbə (3:0) qazanan Premyer Liqa təmsilçisi sabah London derbisində "Fulhem"in qonağı olacaq.

Qarşılaşma ilə bağlı yerli mətbuata açıqlamasında fikirlərini bildirən Emeri futbolçularını tərifləyib: "İstəyirəm ki, bütün futbolçularım oynamaq şansı əldə etsin, özünəinamları olsun, tempi itirməsin və məsuliyyəti dərk etsinlər. Ola bilsin ki, çox oynamaq imkanı qazanmayan futbolçular "Qarabağ"la görüşdə meydana çıxmışdılar. Ancaq "Qarabağ"la qarşılaşmada oynayanların bir neçəsi "Fulhem"lə qarşılaşmada da şans qazana bilər. Bazar günü Londonda da Bakıdakı performansı göstərmək istəyirik".

Qeyd edək ki, "Fulhem" – "Arsenal" görüşü Bakı vaxtı ilə 15:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest