Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq "Sportinq"in Bakıya gələn heyəti müəyyənləşib. Matç.az saytının məlumatına görə, məşqçilər korpusu ölkəmizə 19 futbolçu gətirir.

Heyətində ciddi itkilərlə üzləşən Lissabon təmsilçisi zədəli və cəzalıları akademiyanın yetirmələri ilə əvəz edib.

Qapıçılar: Romalin Salin, Renan Ribeyro, Dioqo Souza

Müdafiəçilər: Sebastian Koates, Cefferson Moreyra, Andre Pinto, Tyaqo Dyalo, Bruno Qaspar, Tyerri Korreyra

Yarımmüdafiəçilər: Bruno Fernandes, Vendel, Radoslav Petroviç, Nemanya Qudeli, Migel Luiz

Hücumçular: Nani, Karlos Mane, Abdulay Diabi, Bas Dost, Covane Kabral

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest