Müqavilə ilə "Milan"a məxsus olan, icarə əsasında "Aston Villa"da çıxış edən Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə 37 yaşlı qapıçı özü açıqlama verib. Reyna, 2021-ci ilin yayında futbolçu karyerasını bitirəcəyini deyib. O, gələcəkdə məşqçi ola biləcəyini də istisna etməyib.
 
Karyerası ərzində "Barselona", "Liverpul", "Napoli", "Bavariya" kimi klubların formasını geyinmiş Reyna, müqavilə ilə "Milan"a məxsusdur. O, qış transfer pəncərəsi dövründə icarə əsasında "Aston Villa"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest