Almaniyanın "Leyptsiq" klubu müdafiəçisi Dayo Upamekano ilə müqavilə yeniləyib.
 
Matc.az "Sky Sports"a istinadən xəbər verir ki, tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.
 
Lakin klub mərkəz müdafiəçisini daha bir il heyətində saxlamağa qərar verib. Bu üzdən də yeni müqaviləyə əsasən Upamekano 2022-ci ilin yayına qədər "Leyptsiq"in uğurları üçün mübarizə aparmağa davam edəcək.
 
Fransanın U-21 yığmasının da üzvü olan 21 yaşlı futbolçu 2017-ci ildə "Zalsburq"dan "Leyptsiq"ə transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest