"Düşünürəm ki, bu xəstəlik hələ iki-üç il futbola təsir edəcək. Koronavirus yayılmağa davam edərsə, beynəlxalq təqvimdə mütləq problem olacaqdır"

UEFA İcraiyyə Komitəsinin üzvü Lars Krister Olsson koronavirus pandemiyasının idmana vurduğu zərərdən danşıb. Matc.az xəbər verir ki, qrum rəsmisi infeksiyanın hələ bir neçə il futbola təsir göstərəcəyini bildirib:

"Düşünürəm ki, bu xəstəlik hələ iki-üç il futbola təsir edəcək. Koronavirus yayılmağa davam edərsə, beynəlxalq təqvimdə mütləq problem olacaqdır. Artıq bəzi turnirlər növbəti ilə keçirildi. Qarşıdan Qətərdə oynanılacaq dünya çempionatı gəlir. üstəlik, bu görüşlər dekabrda- mövsümün ortasında keçirilməlidir. Bunun üçün də milli çempionatlardakı təqvim daha da sərtləşəcək".

Qeyd edək ki, Dç-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest