"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele komandasını dəyişmək fikrində deyil. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Fransa millisinin üzvü özü deyib.

21 yaşlı hücumameyilli oyunçu yanvarda ayrılmaq istədiyi və bunu rəhbərliyə bildirdiyi ilə bağlı yayılan xəbərləri təkzib edib. La Liqanın ötən turunda "Atletiko" ilə qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən gənc futbolçu Kataloniya klubu ilə uğurlar qazanmaq istədiyini söyləyib.

Qeyd edək ki, Usman Dembele "Barselona"ya ötən yay Dortmund "Borussiya"sından keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest