"Oyunçuların və azarkeşlərin təhlükəsizliyi bizim üçün çox önəmlidir"

Amerikada idman yarışları il sonuna qədər ləğv edilə bilər. Matc.az xəbər verir ki, bu barədə koronavirusla mübarizədə yaradılan təşkilatın sədri doktor Antoni Fauci açıqlama verib:

"Oyunçuların və azarkeşlərin təhlükəsizliyi bizim üçün çox önəmlidir. Əgər sağlamlıqdan tam əmin olmasaq, bi ili idmansız keçirə bilərik. Yarışların bərpası üçün koronavirus tetslərini daha da artırmalıyıq".

Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov Amerika birinci liqası USL-da çıxış edən "Foneks Rizing"in formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest