Almaniyanın "Bavariya" klubu baş məşqçi Hansi Fliklə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin 30 iyun tarixiə qədər uzadılıb.
 
Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.
 
Qeyd edək ki, Hansi Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest