Topaz Premyer Liqasında XIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Matç.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, turun iki görüşü Bakıda, digər iki qarşılaşma isə Sumqayıt və Qəbələdə keçiriləcək.

Lider "Neftçi"nin "Sabah"a qonaq olacağı qarşılaşma Rəhim Həsənova həvalə olunub. "Sumqayıt" – "Səbail" görüşü isə FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Vüqar Həsənov Qəbələdə yeri komanda ilə "Zirə"nin matçında əsas söz sahibi olacaqsa, "Qarabağ" – "Keşlə" qarşılaşmasının taleyini Alik Yunusov rəsmiləşdirəcək.

Topaz Premyer Liqası

XIII tur

1 dekabr (şənbə )

"Sabah" – "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli 
"Əlincə Arena", 16:30
 
"Sumqayıt" – "Səbail"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Eldar Qasımov 
"Kapital Bank Arena", 19:00

2 dekabr (bazar)

"Qəbələ" – "Zirə"
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu, 17:00

"Qarabağ" – "Keşlə"
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev 
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest