"Borussiya"nın hücumçusu Erlinq Holand Almaniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, Kristiano Ronaldo haqda xoş sözölər söyləyib:

"O, mənə ilham verir, ruhlandırır. Matçlardan əvvəl özünə "bu gün ən yaxşı olacağam", "bu gün qol vuracam" deyir. Ən çox da bu xoşuma gəlir. PSJ ilə lk matçımızı yaxşı keçirdik, ikinci oyun pis oldu. Bu iki matçdan çox şey öyrəndik. Təcrübə qazanmaq lazımdır. PSJ-yə qarşı ikinci qolumu çox bəyəndim. Həmin gecə mənim və ailəm üçün fantastik bir axşam idi. Bu oyundan qürur duyuram. Düzdür, görüşdən sonra çox tənqid olunduq. Ancaq bundan narahat olmadım. Futbolda belə şeylər var".

Qeyd edək ki, Holand yanvarda Dortmund təmsilçisinə transfer olunub. O, hazırda "Real"ın hədəfindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest