Almaniyanın "Bayer" klubu futbolçusu çarles Aranqislə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.
 
Qeyd edək ki, çilili futbolçu 2015-ci ildə Braziliyanın "İnternasional" klubundan "Bayer"ə transfer olunub. O, bu mövsüm Bundesliqada 18 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. çili millisinin üzvü Bundesliqa təmsilçisində bütövlükdə 130 oyun keçirib, 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest