Fransa çempionatının oyunlarını yayımlayan "Canal+" telekanalı Liqa 1-lə əməkdaşlığı dayandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Tərəflər arasında olan müqavilənin pozulmasına səbəb, koronavirusa görə Liqa 1-in erkən yekunlaşdırılması olub.
 
"Canal+" və "beİN Sports" şirkəti Fransa Peşəkar Futbol Liqasına (LFP) ödəməli olduqları 243 milyon avronu verməkdən imtina edib.
 
Koronavirusa görə erkən yekunlaşdırılan Liqa 1-də PSJ çempion elan olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest